Cümə, 29/03/2024, 12:19
Главная Регистрация RSS
Приветствую Вас, Qonaq
Xəbərlər
SORĞU
Saytımızda nə cür bölmələrə üstünlük verirsiniz?
Cavablar: 72
Reklam Yerləşdir
Top Xəbərçilər
KILLER
Xəbər Sayı: [62]


Великий-Брат
Xəbər Sayı: [14]


saw_3d
Xəbər Sayı: [6]


KRAL
Xəbər Sayı: [10]


salam
Xəbər Sayı: [0]


CHAT


200
WEB SERVIS
cƏMİ Məlumat
Şərhlər: 16
Forum: 0/0
Xəbərlər: 62
Saytlar: 0
Elanlar: 3
Qonaq Kitabçası: 4
iSTİFADƏÇİ PANELİ
TƏQVİM
«  İyun 2011  »
BeÇaÇəCaCuŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Efirde fAcebookda
Saytın Lideri
KILLER
Ad
: Elman Aliyev
Şəxsi Nömrə: 1
Qrupp: Administrator
Ranq: KILLER
Səviyyə: 1
Aktivlik

Şərhlər: 7
Foto: 0
Xəbərlər: 62
Fayllar Yüklənib: 0
qan yaddaşımız
oNLİNE

Cəmi Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2011 » İyun » 18 » 19 İyun - Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov`un Şəhid Olduğu Gündür!
15:24
19 İyun - Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov`un Şəhid Olduğu Gündür!

 

19 İyun - Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov`un Şəhid Olduğu Gündür!

                                          ALLAH Rəhmət Eləsin!!!



Həyatı
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Qəhrəmanlığı
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.
Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Dövlət tərəfindən aldığı yüksək qiymət
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:

Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı” elan edib.


"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Türk oğlu, azər oğlu.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə
İgidlikdə, cəsarətdə sənin tək,
Gərək olmur öz xalqına hər oğlu.
Bu gün millət sənin ilə öyünür,
Ey vətənin, ey yurdunun nər oğlu.

Qisas üçün öz əhdində dayandın,
Bir örnəkdi hər bir kəsə bu andın.
Ölümünlə ölməzliyi qazandın,
Yaşa sən ey türk oğlu, azər oğlu.

Görməmişdi yağı belə tamaşa,
Döyüş etdin düşmən ilə başbaşa.
Hələ yenə səsləyəcək savaşa,
Vətən sən tək neçə-neçə ər oğlu.

Vətən adlı bir zirvədə qarsan sən,
Milyon qəlbə doğmasan sən, yarsan sən.
Nə qədər ki, bu dünya var varsan sən,
Unudarmı millət hünərvər oğlu.

Yol açmısan zəfərlərə çatmağa,
Qarabağa bayrağımı saçmağa.
Qoymayacaq qanınızı batmağa,
Baş komandan ər İlham, Heydər oğlu.


6 noyabr 2010-cu il.
Aqşin Hacızadə - şair
VƏTƏN SAĞ OLSUN


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə
Bir körpə dil açaraq Biləsuvar elində,
Oddan-alovdan keçib böyüdü at belində.
Çinartək boy ataraq igid pəhləvan oldu,
Fərəhdən atasının gözü sevinclə doldu.
İdman yarışlarından qayıdırdı üzü ağ,
Onu görən deyirdi, arxamızdı, gəlir dağ.
Çempion olan vaxtı dostları sevinirdi,
Ana, üzərrik yandır, bacısı deyinirdi.
Göz dəyməsin xalqımın qəhrəman övladına,
Allah yetsin mərdlərin həmişə imdadına.
Könüllü xidmət etdi, sərhəd bölgələrində,
Gözləyirdi səngərdə, kəndin döngələrində.
Azğınlaşmış erməni bizə pusqu qururdu,
Türkü arxadan vurub, üzlərinə dururdu.
Mübariz haqsızlığa dözə bilmədi, əlbət,
Düşmənin qarşısında sinəsi sipər, həm sədd.
Məktub yazdı "ay ana məndən qalma nigaran,
Vətən sağ olsun” – dedi, göynəsədə qəlb yaram.
Əgər mən qayıtmasam, məni bağışla, ana!
Görən ana dərdindən alovlanıb kim yanar?
Xeyir-dua alaraq anasından Mübariz,
Ona tanış gəlirdi, işğalda qalan hər iz.
Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
Kolda-kosda gizlənən terrorçu bic-dığadır.
Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
Vəlvələ salıb çökdü mənfurun sinəsinə,
Xeyli kafir qıraraq qisas aldı həmin an,
Düşmənlər çaşqın qalıb, deyirdilər oy aman:
- Bunu Allah göndərib bəlkə bizi qırmağa?
Diri tutaraq onu tez keçirin qarmağa!
Qırıb, çapdı düşməni, şəhid oldu qəhrəman.
Hər an anılacaqdır keçdikcə zaman-zaman,
Yağılar əsirdilər igidin nərəsiylə,
O, düşmən gülləsini susdurdu sinəsiylə.
Cəsədindən qorxurdu ermənilər həmin an,
Görün neçə saqqallı yerdə gəbərib, inan!
Ağır seyid övladı düşmənlə cihad etdi,
Bir günəştək saçaraq dünyadan rahat getdi.
Ali Baş Komandanım Qəhrəman adı verdi
Mübariz uyan məkan əbədi cənnət yerdi.
Tarixə qəhrəmantək şərəflə yazdı adın,
Əbədi yaşayacaq mübariztək soyadın.


Rauf İlyasoğlu - şair.
Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38(37)

 Facebook: http://www.facebook.com/ibrahimov.Mubariz


***

Категория: Xəbərlər | Просмотров: 844 | Добавил: KILLER | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]