Gülüşün idman qədər xeyri var
Gülüş terapiyası yaşlı insanlara daha çox uyğundur
Həkimlər gülüşün xeyirli olduğunu çox deyiblər. Amerika alimlərinin fikrincə, gülüş insan orqanizminə parkdakı qaçış qədər müsbət təsir göstərir. Həmçinin qan təzyiqini aşağı salır, stresdən azad edir, immun sistemini gücləndirir, xolesterinin əmələ gəlmə riskini azaldır.
Mütəxəssislər bildirir ki, gülüş ürəkdə qanın hərəkətini gücləndirə bilər. Gülüşün köməyi ilə qan damarları genişlənir və qan daha yaxşı dövr edir. Gülmək ürək tutması keçirən insanlara da kömək edir. Həkimlər belə hesab edirlər ki, yaxşı əhval-ruhiyyə ikinci ürək tutması ehtimalını azaldır.
ABŞ-dan olan alimlərun araşdırması zamanı 20 dəqiqə ərzində 14 nəfər könüllü komediyaya baxıb. Daha sonra onlardan analizlər götürülüb. Məlum olub ki, təcrübə iştirakçılarında stres hormonlarının konsentrasiyası kəskin aşağı düşüb, immun hüceyrələrinin miqdarı yüksəlib, qan təzyiqi və hətta xolesterinin səviyyəsi belə aşağı düşüb. Bundan başqa, gülüş seansından sonra iştirakçıların iştahaları artıb. Onlar özlərini sanki uzun müddətli piyada gəzintisindən qayıtmış kimi hiss ediblər.
Bütün bunlar bir daha onu göstərir ki, gülüşü ürək və diabet xəstəliklərinin yaranma riskinin azalmasında bir vasitə kimi istifadə etmək olar. Gülüş terapiyası xüsusən yaşlı insanlara daha çox uyğundur. Çünki, onlar hər hansı bir idman hərəkətlərini yerinə yetirməkdə çox çətinlik çəkirlər.

|